Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: "Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur"
koronavirus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç son iki həftə dünyada koronavirusla bağlı vəziyyəti həyəcanlı adlandırıb.

“Report” xəbər verir ki, bu barədə TASS bildirib.

ÜST-ün məlumatına görə, 12 aprel 2021-ci ildə COVID-19-a 135 646 617 yeni yoluxma və 2 930 732 ölüm qeydə alınıb. Virusa yoluxma halları ardıcıl yeddi həftədir artır. Eyni zamanda ölüm hallarının sayının son dörd həftədə artmaqda davam edir.

"Bunlar həyəcanlı tendensiyalardır, çünki virusun ortaya çıxmasının, məhdudlaşdırıcı tədbirlər götürülməsinin və peyvəndin ölkələr arasında ədalətsiz tətbiq edilməsinin təsirini görməyə davam edirik", - o deyib.

O, əlavə edib ki, ÜST əvvəlki kimi risklərin qiymətləndirilmələrinə və beynəlxalq səfərlər vaxtı təhlükəsizlik tədbirlərinə diqqət ayırmağı məsləhət görür.

ÜST təmsilçisi eyni zamanda koronavirusun yeni, "narahat doğuran" variantlarının müəyyənləşdirilməsi ilə bağlı vəziyyətin sürətlə inkişaf etdiyini vurğulayıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »