Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təzə Pir məscidində Xalq artisti Eldar Quliyevlə vida mərasimi keçirilir
Təzə Pir məscidində Xalq artisti Eldar Quliyevlə vida mərasimi keçirilir

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, məsciddə mərhum üçün cənazə namazı qılınır.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, E.Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »