Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 19-na olan hava proqnozu
hava

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »