Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...

İngilis yazıçı Corc Oruell antiutopiya janrında “1984” adlı roman yazanda hələ 20-ci əsr yarı olmamışdı. Dünya irəlidə xeyli diktaturaların yaranmasına şahidlik edəcəkdi. Amma Oruell gələcək hadisələri münəccim sərrastlığıyla göstərmişdi.

Bizimyol.info xəbər verir ki, 1949-cu ilin romanında dünya üç yerə bölünmüşdü. Oruell planeti Okeaniya, Avrasiya və Ostasiyaya ayırmışdı. “The Guardian” növbəti yazısında sosial fantastikanı xatırlayıb. Müəllif Saymon Tisdoll yazır ki, indi hər şey Oruellin bölgüsünə bənzəyir.

“Bəlkə də, adi təsadüfdür, amma keçən həftə Rusiya Ukraynaya hərbi təzyiq göstərməyə başlayıb. Eyni zamanda Çin Tayvanı hərbi texnika ilə əhatəyə alıb. Rusiya ilə Çin getdikcə daha sıx əməkdaşlıq edir. Ukrayna və Tayvan məsələləriylə bağlı ayrıca razılaşma olduğu sübutunu tapmasa da, Putinlə Si bir-birinin hərəkətindən məlumatlıdır. Co Bayden administrasiyasına qarşı birləşmə meylləri nəzərə çarpır”.

Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin

Corc Oruell əsərdə ABŞ-ı Okeaniyaya, SSRİ-ni (indiki anlamda Rusiyanı) Avrasiyaya, Çini Ostasiyaya aid etmişdi. Tisdoll bu bölgüyə xüsusi diqqət ayırır. Müəllif yazıçının mükəmməl proqnoz verdiyini bildirir. Çünki əsərdə üçtərəfli qlobal qarşıdurmadan söhbət gedirdi: “Oruell sanki hər şeyi əvvəldən görmüşdü. 2021 yeni 1984-cü ildir”.

Bundan sonra yazının əhəmiyyətli hissəsi Rusiyanın Ukraynaya münasibətinə həsr olunub. “The Guardian” yazır ki, analitiklər Kremlin bir daha qonşu ölkəyə hücum etməyəcəyini düşünür. Yəni Rusiya bir növ əzələ nümayişi ilə məşğuldur. Putinin məqsədi xalqın diqqətini daxili problemlərdən yayındırmaqdır. Çünki son sorğuya görə, Rusiyada əhalinin yalnız 32 faizi prezidentə etibar edir.

Yazıda ABŞ-ın gözlənilən mövqeyindən də söz açılıb. Üçtərəfli qarşıdurma ehtimalı da qabardılıb. Tisdoll yazını Oruellin baş qəhrəmanının adını çəkərək bitirib: “Uinstonun dünyasına xoş gəlmisiniz”.

Corc Oruellin romanı SSRİ-də qadağan olunmuşdu. Sovet hökuməti qapalı rejim kimi məhz kommunist ölkəsinin göstərildiyini hesab edirdi. Baş qəhrəman Uinston Smit Həqiqət Nazirliyində işləyir və saxtakarlığa dözüm nümayiş etdirə bilmir. Oruell cəmiyyətin faciəsini ustalıqla göstərə bilmişdi. “1984” indiyə qədər 65 dilə tərcümə olunub.

Son xəbərlər
Bütün xəbərlər »