Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxt sakinini döyərək pulunu və avtomobilini əlindən alıblar
Paytaxt sakinini döyərək pulunu və avtomobilini əlindən alıblar

Bakı şəhərinin Ramana qəsəbə sakininə qarşı quldurluq edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »