Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN: Bu, Rusiyanın sabitliyi pozan növbəti təxribatıdır
Ukrayna XİN: Bu, Rusiyanın sabitliyi pozan növbəti təxribatıdır

"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır".

Bizimyol.info xəbər verir ki, "Ukrinform"un verdiyi verdiyi məlumata görə, bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.

"O, hazırda Ukrayna konsulluğundadır. Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək", -deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, aprelin 16-da Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin gün Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk Rusiya vətəndaşı olan şəxslə görüşərək ondan ölkənin hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatlarıı alarkən saxlanıldığını bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »