Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikael Minasyan: Paşinyanın komandası Azərbaycanla dostluq və əməkdaşlıq müqaviləsi hazırlayır
Mikael Minasyan: Paşinyanın komandası Azərbaycanla dostluq və əməkdaşlıq müqaviləsi hazırlayır

Nikol Paşinyanın komandası hazırda Azərbaycanla dostluq və əməkdaşlıq haqqında müqavilənin hazırlanması ilə məşğuldur. Obıvatel dilində bu, sülh müqaviləsi adlanır.

Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün Teleqram-kanalında yazıb.

Mikael Minasyan Mikael Minasyan

Minasyan qeyd edib ki, bu razılaşma üzərində işi başa çatdırmaq üçün Nikol Paşinyana, iyun ayında keçiriləcək seçkilər zamanı əldə edəcəyinə ümid bəslədiyi nəzarət olunan bir parlament lazımdır.

"Bundan başqa, bu işdə o, bütün xarici oyunçuların-Türkiyənin, Rusiyanın, Azərbaycanın, susan ABŞ-ın, Fransa və Böyük Britaniyanın dəstəyindən istifadə edir. Hətta Sorosun qlobalist layihəsi də bu prosesi dəstəkləyir. Bütün xarici oyunçular Ermənistanın gələcəyi bahasına bölgəni blokdan çıxarmağa hazırdırlar”, - deyə o vurğulayıb.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »