Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gürcü Arzusu” siyasi böhrandan çıxış planını birtərəfli qaydada imzalayıb
“Gürcü Arzusu” siyasi böhrandan çıxış planını birtərəfli qaydada imzalayıb

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Avropa İttifaqının xüsusi nümayəndəsi Kristian Danielsonun təklif etdiyi siyasi böhrandan çıxış üzrə planı birtərəfli qaydada imzalayıb.

Sənədə partiya sədri İrakli Kobaxidze və spiker Arçil Talakvadze imza atıb.

Parlament müxalifətinin əksər hissəsi planı hazırkı formada imzalamaq niyyətində olmadığını açıqlayıb. Müxalifət razılaşmaya siyasi məhbusların azad edilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı bəndlərin daxil edilməsini təkid edir.

Avropa Parlamentinin bir neçə üzvü Gürcüstan müxalifətini sənədi imzalamağa çağırıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »