Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 8 ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoydu
Rusiya 8 ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoydu

Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan edilən ABŞ rəsmilərinin adlarını açıqlayıb.

Bu barədə “Report” Rusiya XİN-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas, baş prokuror Merrik Qarland, Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal, ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls, ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns, Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Raysın Rusiyaya girişi qadağan edilib.

Son xəbərlər
Bütün xəbərlər »