Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutkada 63 082 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 289 nəfər COVID-19-dan dünyasını dəyişib.

Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir, 3205 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4150039 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 591 550 nəfəri müalicə olunaraq sağalıb.

Son xəbərlər
Bütün xəbərlər »