Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Yunan nazirə lazımi nəzakəti göstərsək də, Nikos Dendias həddini aşdı”
Mövlud Çavuşoğlu

“Yunanıstanın Xarici İşlər naziri ilə bigə mətbuat konfransında biz gərginliyi azaltmaq üçün düşüncələrimizi kifayət qədər nəzakətlə ifadə etdik, ancaq Nikos Dendias mətbuat konfransının müəyyən mərhələsindən sonra Türkiyəni saxta ittihamlarla günahlandırdıqda, artıq ona həddini bildirmək lazım idi”.

APA-nın xəbərinə görə, bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada səfərdəikən mətbuat konfransında qalmaqal yaradan Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasın davranışlarına mövqe bildirərkən deyib.

“Yunan nazirin davranışları onun göstəricisi idi ki, Yunanıstan Türkiyə ilə münaqişəli münasibətlərini davam etdirmək istəyir”, deyən nazir bildirib ki, qonşu ölkə hələ də heç bir hüquqi qüvvəsi qalmayan “Sevilla xəritəsi” üzrə hərəkət etmək iddiası ilə münasibətləri daha da gərginləşdirir: “Biz dəfələrlə “Sevilla xəritəsi”nin hüquqi əsasının olmadığını sübuta yetirdik. Çox təəssüf ki, onlar özlərini hələ də belə bir saxta xəritənin varlığına inandırırlar”.

ƏTRAFLI

Bosch

Nazir deyib ki, Türkiyə Prezidenti başqa ölkələrin Xarici İşlər nazirini nadir hallarda qəbul etdiyi halda Nikos Dendiasın səfəri Yunanıstan-Türkiyə münasibətlərinin normallaşması baxımından əhəmiyyətli hesab edildiyi üçün R.T.Ərdoğan yunan nazirlə məmnuniyyətlə görüşdü: “Biz ev sahibi olaraq lazımi nəzakəti göstərdik”.

Nazir sözügedən konfransda Şimali Kipr türklərinin ittiham olunmasının da qəbuledilməz olduğunu bildirib: “Yunanıstan Şimali Kipri tamamilə yox sayarsa, o zaman mən də Kipr türklərinin haqqını qorumalı idim. Biz Türkiyə olaraq, prinsipial mövqeyimizdəyik”.

Şimali Kiprin Prezidenti Ersin Tatar da Kipr türkləri adından M.Çavuşoğluna bu mövqeyinə görə təşəkkür edib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »