Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı

“Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov banklara olan kredit borcu ilə yenidən gündəmə gəlib. Bir müddət əvvəl Novxanıda yerləşən bağ evinin 6 milyon manata satışa çıxaran komitə rəhbəri külli miqdarda kredit borcunun ödəməkdən imtina edir. Nazim İbrahimov 2018-ci ildə Komitə sədrliyindən azad edilib və məhz bundan sonra da onun bnaklarla bağlı kredit problemləri gündəmə gəlməyə başlayıb. Hazırda Nazim İbrahimovun və qardaşlarının “Beynəlxalq Bank”, “Xalq Bank” və “Bank Respublika”-dan külli miqdarda kredit borcları var. Ödənilməyən borclara görə adı çəkilən banklar artıq fəaliyyə keçiblər. Nəticədə bir müddət əvvəl Nazim İbrahimova məxsus olan Nizami metrosu yaxınlığında yerləşən qara mərmərli yaşayış kompleksi sabiq komitə sədrinin əlindən alınıb. Onun digər obyektlərinin də oxşar qaydada əlindən alınacağı ehtimal olunur”.

Hacı İbrahimin isə 450 miıyon borcu var

Bu haqda Bizimyol.info saytına daxil olan məlumatda deyiilir. Bildirilir ki, Nazim İbrahimovun o biri qardaşlarının da adı oxşar maliyyə fırıldaqlarında çəkilir: “Nazim İbrahimovun qardaşı Tağı İbrahimov uzun müddət “Azad Azərbaycan” Televiziya və radio şirkətinin (ATV) rəhbəri olub. Hazırda Türkiyədə yaşayan Tağı İbrahimovun adı həmin ölkədə mütəmadi olaraq restoranlar və müxtəlif yeni biznes obyektləri alınmasına hallanır. Əldə edilən məlumata görə, onun Bosforda şəxsi yaxtası var və günlərini bu yaxtada keçirir. Tağı İbrahimovla yanaşı onun oğlunun adı dəfələrlə qalmaqallı əməliyyatlarda hallanıb”.

Nazim İbrahimovun böyük qardaşı “Avesta” şirkətinin rəhbəri İbrahim Nehrəmlinin xüsusən bahalı “Xəzər adaları” layihəsilə məşhurlaşdığını vurğulayan mənbə bildirir ki, onun adı “Beynəlxalq Bank” qalmaqalında da çəkilir: “Bankdan götürdüyü kreditləri qaytarmadığına görə o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. İbrahim Nehrəmli özü də mətbuata müsahibəsində etiraf etmişdi ki, banka ümumilikdə 450 milyon manat borcu var. Bu qədər kredit borcuna baxmayaraq İbrahim Nehrəmlinin Dubayda qırmızı oturacaqlı “Rols Roys” markalı avtomobilinin olduğu da məlumdur. İbrahim Nehrəmli bir müddət əvvəl digər qardaşlarından imtina etməsi ilə də gündəmə gəlib. Hazırda qardaşlarının əməllərindən kənarda öz həyatını yaşamaqla məşğuldur.

Bu yaxınlarda 45 yaşını qeyd edən İbrahimov qardaşlarının bir digəri, keçmiş XİN əməkdaşı Natiq İbrahimov ad günün mərasimindən fotolar paylaşıb. Fotolarda İbrahimov qardaşlarının heç də ehtiyac içərisində yaşamadığı, əkisinə hallarından məmnun olduqları görünür. Natiq İbrahimov son zamanlarda mütəmadi olaraq “Dinamo” oteldə vaxt keçirir və “AA” seriya nömrəli avtomobillə görüntülənib. Natiq ibrahimov şəhərdə az qala bütün cazibədar modellərlə eşq macəraları yaşayıb, bacardığını əldə edib, əli çatmayanın isə adına söz çıxarıb. Oxşar vəziyyət Nazim İbrahimovun növbəti qardaşı Sahib İbrahimov üçün də keçərlidir. Müxtəlif yerlərdə güya kirayədə yaşadığını qeyd edən Sahib İbrahimov də son zamanlar qardaşları ilə bərabər keyf məclislərində iştirakdan geri qalmır. Sahib İbrahimov 2018-ci ildə dələduzluqda və vəzifə saxtakarlığında ittiham edilərək, həbs olunub. Məlumatlara görə, Sahib İbrahimovun rəhbərlik etdiyi “STS”, “Sahil-D Company” adlı şirkətlərinin Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında tikdiyi binalardakı eyni mənzillər müxtəlif adamlara satılıb”.

Sahib İbrahimov keçmin naziri də aldadıb

Məlumatda həmçinin bildirlir ki, Sahib İbrahimova məxsus olan “Sahil-D Company” MMC-nin həmin binalardakı satılmış və dəyəri tam ödənilmiş mənzilləri saxta sənədlər əsasında yenidən başqalarına satmaqla vətəndaşlara ümumilikdə 4 milyon 458 min manat ziyan vurulub: “Sahib İbrahimov eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərova “İmprotex Motors” şirkətinin avtosalonları üçün obyektlər satıb. Lakin bir müddət sonra məlum olub ki, Sahib İbrahimovun verdiyi sənədlər saxtadır. Obyektlər əslində başqa adamlara satılıb. Bu yolla çoxsaylı dələduzluq əməllərinə qarışan Sahib İbrahimov başqa qardaşları kimi zərərçəkmişlərin borclarını ödəyə bilmir”.

Son xəbərlər
Bütün xəbərlər »