Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
Moskva, Rusiya

Rusiya azərbaycanlıların iş üçün ən çox üz tutduğu ölkədir. Şimal dövlətinin əmək bazarının əhəmiyyəti həm də ölkəyə göndərilən vəsaitdən bilinir. Amma bu istiqamətdə də vəziyyət ürəkaçan deyil. Rusiyada pandemiyaya görə iş azalıb. Xeyli azərbaycanlı vətənə qayıtmaq məcburiyyətində qalıb. Qayıtmayanların vəziyyətindən də nikbin danışmaq olmur. Üstəlik, Rusiya MDB ölkələrindən gələnlərə qarşı şərtləri sərtləşdirib.

Bizimyol.info xəbər verir ki, Rusiya qanunsuz yaşayan miqrantları ölkəsinə geri göndərmək qərarına gəlib. Şimal dövlətinin Xarici İşlər Nazirliyi MDB ölkələrindən burada qanunsuz yaşayan vətəndaşlarına sahib çıxmağı tələb edib. Rusiya məsələnin iyunun 15-nə qədər tam həllini tapmasını istəyir.

MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında birliyin sədr müavini Aleksandr Qorovoy vəziyyətin xeyli ciddi görkəm aldığını bildirib. O, Rusiyada qanunsuz yaşayanların sayının 1 milyon nəfəri keçdiyini deyib. Təqdim olunan statistikaya görə, şimal ölkəsində qeyri-qanuni məskunlaşmış miqrantların təxminən 332 mini Özbəkistandan, 247 mini Tacikistandan, 152 mini Ukraynadan, 120 mini Azərbaycandan, 115 mini Qırğızıstandan, 61 mini Ermənistandan, 56 mini Moldovadan, 49 mini isə Qazaxıstandan gəlib.

Qorovoy deyib ki, siyahıda yer alan təxminən 1 milyon 332 min nəfər iyunun 15-nə qədər vətəninə qayıtmasa, onlara qarşı sərt tədbirlər görüləcək. Böyük ehtimalla Rusiyada yaşayan qanunsuz miqrantlar deportasiya olunacaq. Qorovoq mətbuatdan, blogerlərdən məsələyə xüsusi diqqət ayırmağı xahiş edib.

2020-ci ilin dekabrının ortalarında Rusiya prezidenti Vladimir Putin Rusiyada qanunsuz məskunlaşmış miqrantlar üçün yaşayış müddətini artırmışdı. Onlara məhz 2021-ci il iyunun 15-nə qədər möhlət verilmişdi.

Rəsmi statistikaya görə, Rusiyada 767 min azərbaycanlı yaşayır. Azərbaycan bu göstərici ilə MDB sıralamasında dördüncü yeri tutur. Rusiyada ən çox Ukraynadan olan miqrantlar məskunlaşıb. Şimal ölkəsindəki ukraynalıların sayı 3 milyon nəfəri ötüb. Sonrakı yerləri Qazaxıstan və Özbəkistan tutur.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »