Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib

Rusiya-Ukrayna sərhədində gərgin ab-hava səngiməyib. Əksinə, ruslar ora daha böyük qüvvə cəlb edir. Ukraynada ciddi narahatlıq yaşanır. Kiyev indi sanki Qərbdən çox Ankaraya güvənir. Ukrayna Türkiyəyə yaxınlaşmağa başlayıb. Bu isə Rusiyanın ürəyincə deyil.

Bizimyol.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyəni qınayan açıqlama verib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Ankaranın Krım məsələsində düzgün mövqe tutmadığını deyib.

Dmitriy Peskov Dmitriy Peskov

“Bu fikir ayrılığı Ukrayna tərəfdən tənzimlənə bilməz. Amma ümid edirik ki, bizim tutduğumuz müntəzəm xətt Türkiyəni Krımla bağlı indiki mövqelərinin düzgün olmamasına inandırmağa şərait yaradacaq”.

Peskov deyib ki, Türkiyə müstəqil dövlətdir, hansı ölkə ilə istəyirsə, dostluq münasibətləri qura bilər. Buna baxmayaraq, Putinin mətbuat katibinin açıqlamasında Ankara-Kiyev yaxınlaşmasına qısqanclıq hiss olunur.

Ümumiyyətlə, Türkiyənin yavaş-yavaş Ukraynanın müttəfiqinə çevrilməsi Rusiyanın kürkünə birə salıb. Kremlin bu yaxınlaşmadan gözü su içmir. Rusiyanın gözünü həm də Qarabağ müharibəsi qorxudub. Müharibənin taleyini böyük ölçüdə Türkiyənin açıq dəstəyi həll etmişdi. Qardaş ölkənin pilotsuz uçuş aparatları Azərbaycanın işinə çox yaramışdı. Ukrayna isə eyni zamanda bu istiqamətdə əməkdaşlığa meyllidir. Türkiyədən xeyli pilotsuz uçuş aparatları alınıb. Ukrayna özü də dron istehsalına maraq göstərir. Bunun üçün Türkiyə təcrübəsi öyrənilir.

Rusiyada qıcıq yaradan həm də Ukrayna prezidenti Vladimir Zelenskinin Ankara səfəri olub. Səfər zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kiyevə açıq dəstək nümayiş etdirmişdi. Qardaş ölkənin prezidenti Donbass məsələsində Ukraynanın yanında olduqlarını bildirmişdi. Rusiya bu davranışa cavab olaraq iyunun 1-nə qədər Türkiyə ilə hava əlaqəsini kəsib. Bəhanə olaraq, Türkiyədə pandemiya ilə bağlı vəziyyətin ağırlaşması göstərilib. Hərçənd, hamıya məlumdur ki, Kreml niyə belə addım atır.

Aprelin 15-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiya və Ukrayna arasındakı gərginlikdə neytral mövqe tutduğunu bildirib. O, Ankaranın heç bir ölkənin tərəfində olmadığını söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »