Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putinin sözçüsü: "Türkiyə ilə əlaqələrimizdə soyuqluq yoxdur"
Dmitriy Peskov

“Türkiyəyə turizmlə bağlı tətbiq edilən qadağaların ikitərəfli əlaqələrə heç bir aidiyyəti yoxdur”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyəyə uçuşların məhdudlaşdırılmasının iki ölkənin əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

İki ölkə arasında əlaqələrin pisləşdiyi barədə iddiaları rədd edən D.Peskov bildirib ki, Rusiyanın Türkiyə ilə əlaqələri inkişaf edir. Onun sözlərinə görə, məlum qadağalar iki dövlətin əlaqələrinə soyuqluq gətirməyib: “Bu tamamilə Türkiyədə pisləşən pandemik vəziyyətlə bağlıdır”.

D.Peskov deyib ki, Türkiyə rəhbərliyi Rusiyanın qərarına anlayışla yanaşıb: “Əlbəttə, türk ortaqlarımız öz vətəndaşlarımız üçün narahatlğımızı anlayırlar. Əslində ortaqlıq da budur”.

“Bu qərar Türkiyə ilə Rusiya arasındakı əlaqələrdə soyuqluq yaranır anlamına gəlmirmi” sualına cavabında mətbuat katibi deyib: “Əlbəttə, xeyr”.

D.Peskov Türkiyə-Ukrayna münasibətlərinə dair sualı da cavablandırıb. O bildirib ki, qonşu ölkələrlə əlaqələri necə qurmaq Türkiyənin suveren hüququdur: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasındakı görüşlər ikitərəfli əlaqələr aiddir”.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »