Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pediatr: Uşaqlar da koronavirusu düzgün müalicə etməyəndə ağır fəsadlar yaranır
koronavirus

Koronavirus usuşaqlar arasında da yayılmağa başlayıb və ən pisi də budur ki, görünmədən keçsə də, özündən sonra xoşagəlməz izlər buraxa bilir.

“Post-koronavirus iltihab sindromu (MIS-C) immunitet sisteminin pozulmasının yeni bir formasıdır. Bu sindrom, anevrizmaların, trombların, temperaturun, selikli qişalarda, dəridə dəyişikliklərin olması ilə damar problemləri ilə xarakterizə olunur”. Bu fikirləri bizimyol.info-yapediatr-infeksionist Aytən Ziyadova səsləndirib.

Aytən Ziyadova Aytən Ziyadova

“Bu sindrom əsasən koronavirus keçirmiş uşaqlarda özünü göstərir və daxili orqanların tutulması, beyin qişalarının iltihabı, ensefalit, insult kimi ağır nəticələrə yol aça bilir. Koronavirus keçirmiş 34 uşaq üzərində aparılmış MRT tədqiqatları uşaqlarda beyin qişasında problemlərin yarandığını göstərib.Bundan əlavə böyrək, ürək ağciyərlərdə də müəyyən problemlər yarada bilir”,- deyən həkim qeyd edib ki, koronavirusa yoluxmuş uşaqlar böyüklərdəki kimi kliniki əlamətləri göstərmirlər.

“Adi səpki ilə müşahidə olunmuş yoluxma faktlarına rast gəlmişik. Valideynlər uşaqlarında ani süstlük, çox yuxululuq və ya əksinə yorğun olsa belə yuxuya gedə bilməmək, qarın ağrısı, səpki, qusma, narahatlıq, əzələ ağrısı, düşməyən temperatur kimi hallar müşahidə edəndə həkimə müraciət etməlidirlər.Mütləq pediatr infesksionistə müraciət edilməli, digər orqanlarının yoxlanılması vacibdir.

Son zamanlar azyaşlılarda yoluxma halları artıb. Əvvəllər uşaqlar yalnız “virus daşıyıcısıdır” deyirdiksə, indi onların da böyüklər kimi ağırılaşmaları müşahidə olunur. Uşaqların immuniteti yaşlılardan daha güclü olduğu üçün ölüm faktları izlənilməyib. Əgər uşaq koronavirusdan sağalıb, 4-6 həftə ərzində özünə gələ bilmirsə, həkimlə məsləhətləşdirilməlidir. Ola bilər MIS –C sindromundan əziyyt çəkir”.

Aytən Ziyadova bildirib ki, həkim tövsiyəsi olmadan antibiotiklərdən istifadə yolverilməzdir. Valdeyn uşağının güclənməsi, immunitetinin möhkəmləndirilməsi üçün çalışmalıdır. Balanslı qidaya keçmək lazımdır, əsasən karbohidrat qidalara üstünlük verilməsi yanlışdır.

“Hər uşağın qida porsionu öz yumruğu qədərdir və bura ət, yumurta meyvə-tərəvəz də daxil edilməlidir. Doğru müalicə aparılmasa, virusdan sonra qalan fəsadlar dedikdə nevroloji və fiziki inkişafa təsir edən əlamətlərlə qarşılaşa bilərsiniz. Tiklər, psixoloji problemlər, üz sinirinin iflici kimi hallar mümkündür2,- deyə həkim qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »