Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Çavuşoğlu yunan həmkarına həddini bildirdi”
Rəcəb Tayyib Ərdoğan

"Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasa həddini bildirdi".

Bizimyol.info xəbər verir ki, "cnnturk"ün verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin həllinə başqa ölkələrin müdaxiləsi arzuolunan deyil.

“Yunanıstanda 150 min soydaşımıza lazımi diqqət göstərilmir. İndi də baş müftiliyi özləri təyin etmək istəyirlər. Lozanna razılaşmasına görə, orada baş müfti təyin etmək hüququnuz yoxdur. Necə ki, patriarxları biz təyin etmirik”, - deyə o vurğulayıb.

Şimali Kiprdə Quran kurslarının qadağan edilməsinə münasibət bildirən dövlət başçısı deyib ki,  Konstitusiya Məhkəməsi sədrinin dediklərini qəbul edə bilmərik: "Dünyəvilik anlayışı onların başa düşdüyü kimi deyil, anlamalıdırlar ki, Şimali Kipr Fransa deyil. KKTC Konstitusiya Məhkəməsinin sədri dünyəvilik haqqında məlumat almalıdır. Konstitusiya Məhkəməsinin sədri bu səhvini tez bir zamanda düzətməlidir. Əsk təqdirdə, bundan sonra atacağımız addımlar fərqli olacaq və bunu bilməllərini istəyirəm".

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »