Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Publisistik yazı müsabiqəsi elan olunur
Vahid Qazi

“Qobustan” İsveç Aydınlar Ocağı Qarabağın xarabalığa çevrilmiş şəhər və kəndlərini öz gözüylə görmüş yazarlar, jurnalistlər arasında “Bəşəri cinayət – Qarabağ xarabalıqları” adlı publisistik yazı müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi Qarabağda törədilmiş insanlığa qarşı cinayəti yer üzündən silinən şəhərlərin, kəndlərin simasında oxuculara publisistik dildə çatdırmaqdır. Qəsdimiz həm də yazarlarımızı Qarabağ mövzusunda xarici oxucunun anlaya, duya biləcəyi yazılar yazmağa həvəsləndirməkdir.

Müsabiqədə qalib gələn yazı İsveç dilinə çevriləcək. Qalib yazının müəllifi İsveçə dəvət olunacaq. Fəxri qonaq 10 günlük səfər zamanı müxtəlif şəhərləri gəzəcək; arzuladığı muzeyləri, tarixi yerləri ziyarət edəcək; yerli mətbuat nümayəndələri ilə görüşəcək, Qarabağda gördükləri haqda İsveçli həmkarlarına bilgilər verəcək.

I. Müsabiqənin şərtləri

Üstünlük veriləcək:

- Mövzunun faktlara əsaslanaraq dolğun əhatə olunma səviyyəsinə;

- “Duyğu sömürüsü”ndən, irqçi fikirlərdən uzaq tutulmasına.

II. Müsabiqənin qaydası

- Yazılar maksimum 7 min işarə (məsafə ilə) həcmində olmalıdır;

- Qəbul olunan yazılardan 5 ən yaxşısı seçim üçün münsiflər heyətinə göndəriləcək;

- Seçilmiş 1 qalib yazı mayın 28-də elan olunacaq;

- Növbəti ayda yazı İsveç dilinə çevriləcək;

- Qalibin İsveçə səfəri yay-payız (pandemiya nəzərə alınmaqla) aylarında baş tutacaq.

III. Yazıların təqdim edilməsi

Təqdimat məktubunda yer almalıdır:

- Yazı müəllifinin mobil telefonu və e-mail ünvanı;

- Dərc olunduğu qəzet, jurnal, saytın adı və yazının linki.

Yazıları aşağıdakı e-mailə göndərin: [email protected]

Son göndərmə tarixi: 10 may 2021-ci il, saat 00.00.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »