Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”

Erkən ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir. Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib.

Qadın və kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir. 1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir.

Qadınlar üzrə nəticə belədir: 1990-2005-ci illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30% təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir.

Bu stastikaya baxdıqda insanın ilk ağlına gələn odur ki, ölüm bu qədər cavanlaşdığı halda pensiya yaşı nə üçün aşağı salınmır? Azərbaycanda pensiya yaş həddini nəzərə alsaq, bu statistikaya görə, barmaqla sayılacaq qədər insan pensiya alanlar sırasına qoşulacaq.

“Bu yalnış pensiya siyasətinin nəticəsidir. Pensiyaçıların hesabına bir az irəli düşmək istəyirlər”.

Bu fikirləri iqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, 2017-ci il iyul ayının 1-dən 2020-ci ilin sonuna qədər olan dövrdə faktiki olaraq pensiyaçıların sayı 96 min nəfər azalıb.

Nemət Əliyev Nemət Əliyev

“Bizim tərəfimizdən aparılan hesablamalara görə, 2017-ci il iyulun 1-dən 2020-ci ilin sonuna kimi hökumət 1 milyarddan çox vəsaitə qənaət edib. Bu pensiya yaş həddinin artırılması hesabına əmələ gələn vasitdir. Fikir verin ki, nə qədər böyük vəsaitdir.

Əgər yaş həddinin artırılması haqqında qərar verilməsəydi, o zaman bu gün 1 milyon 230 min nəfər yox daha insan pensiya almalı idi. Bugünkü rəqəmlərlə müqayisədə 150 min pensiyaçının pensiya almaq hüququndan məhrum  olması faktı ilə qarşılaşırıq. Hələ bundan sonra da bir müddət pensiyaçıların sayı azalmaqda davam edəcək.

2017-ci ilin ortalarında 1 milyon 328 min pensiyaçı var idi. Bu gün isə onların sayı düşüb 1 milyon 230 min nəfərə. Yaşlı insanların sosial vəziyyətini daha da ağırlaşdırmaq hesabına maliyyə vəsaiti əldə etmək siyasəti kökündən yalnışdır. Məsələn, Azərbaycanda cəmi 1,02 milyon nəfər pensiya alır. Yəni, əhalinin 12 faizi pensiya alır. Rusiyada isə bu göstərici 30 faizdir və pensiyanın məbləği Azərbaycandakı orta pensiya məbləğindən də çoxdur. Rusiyada orta pensiya məbləği təxminən 200 dolların üzərindədir. Azərbaycanda isə bu 170-180 dollar ərtafında tərəddüd edir. Qonşu ölkələrdə olan yaxşı nümunələri götürmək lazımdır”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »