Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quş qripi xəstəliyi ilə bağlı diqqət olunmalı 7 qayda - Fotolar
Quş qripi xəstəliyi ilə bağlı diqqət olunmalı 7 qayda - Fotolar

Quş qripi xəstəliyi ilə bağlı nələrə diqqət olunmalıdır?

Bizimyol.info Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, son vaxtlarda yenidən gündəmə gələn quş qripi xəstəliyindən qorunmaq üçün tədbir almalıyıq. Bu barədə müəyyən edilmiş ümumi qaydaları aşağıda təqdim edirik:

? Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması

? Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.)

? Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

? Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması

? Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi

? Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi

? Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »