Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyev Ermənistandan aldığı təhdidlə bağlı beynəlxalq təşkilatlara məlumat verib
Tural Gəncəliyev Ermənistandan aldığı təhdidlə bağlı beynəlxalq təşkilatlara məlumat verib

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyanın təhdidi ilə bağlı məsələni beynəlxalq təşkilatdakı çıxışında səsləndirib.

Bununla bağlı icma sədri “Facebook” hesabında paylaşım edib.

“Ermənistan parlamentinin əməkdaşı tərəfindən mənə edilmiş ölüm təhdidi barəsində bir neçə beynəlxalq parlament təşkilatının birgə təşkil edilən terrorizm və ekstremizm mövzusuna həsr edilmiş onlayn konfransda iştirakçıların diqqətinə çatdırdım”,- deyə Tural Gəncəliyev qeyd edib.

Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »