Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən Lavrova cavab: “İstəsəniz sizə də “Bayraktar” sata bilərik...”
Türkiyədən Lavrova cavab: “İstəsəniz sizə də “Bayraktar” sata bilərik...”

Türkiyədən adı açıqlanmayan diplomat Rusiya xarici işlər naziri Sergey Lavrovun Ankaranın Ukraynaya “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini satmasına görə narahatlıq ifadə etməsinə cavab verib. “Türkiye” qəzetinə danışan diplomat bildirib ki, Türkiyə üçün öz silahlarını hansı ölkəyə və ya özəl şirkətə satmasının heç bir əhəmiyyəti yoxdur.

Mənbə əlavə edib ki, əgər Moskvadan müvafiq soruğu daxil olsa Türkiyə həmin pilotsuz təyyarələri Rusiyaya da sata bilər. “Zərbə pilotsuz təyyarələri Rusiyaya və ya hər hansı başqa ölkəyə qarşı yönəlməyib”,-diplomat deyib.

Bundan əvvəl Lavrov bildirmişdi ki, Türkiyə “Kiyevin militarist əhvalını qızışdırmaqdan çəkinməlidir”. Rusiya xarici işlər naziri belə bəyanatla Ukraynanın Türkiyədən “Bayraktar”ların növbəti partiyasını aldığı haqda xəbərlərə cavab olaraq çıxış etmişdi.

Qeyd edək ki, hazırda Donbass ətrafında vəziyyət gərgindir və Rusiya Ukrayna sərhədlərinə 110 minlik qoşun qruplaşması cəmləşdirib. Donbass separatçıları isə bildirir ki, Ukrayna ordusu təmas xəttinə cəmləşdirilib və Kiyev hücuma hazırlaşır.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »