Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən evdən başlayır! - Bəs ev yoxdursa?..
Vətən evdən başlayır! - Bəs ev yoxdursa?..

Ev almağa gücü çatmayanlar ümidi ipotekada görürlər. Lakin elə ipotekanın özü də əlçatan deyil. Çünki, mənzilin qiymətinə uyğun olaraq ilkin ödənişi ödədikdən sonra ( ilkin ödəniş isə ən az 10 min manat edir) hər ay ən az 500 manat ödəmək Azərbaycanda hər igidin hünəri deyil.

Kirayə mənzil bazarında ən böyük problem aylıq ödənişin yüksək olmasındandır. Elə bizimyol.info saytına da bu məslə ilə bağlı şikayətlər daxil olur, vətəndaşları səslərinin eşitdirilməsini istəyirlər. “Ayda 500-600 manat kirayə mənzilə versəm, ailəm divardakı aboyu yeyəcək. Maaşım onsuz da 700 manatdır”,- deyə 42 yaşlı Murad Hacıəli bildirib. “Mən artıq ömrümün yarısına gəlib çatmışam. Kirayə evdə doğulub , böyüdüm. Öz uşağım da kiraydə doğuldu. Ona bir ev qoyub getmək istəyirəm. Mənzilim indi də olmayıb, daha nə zaman olacaq? Amma alınmır.Nə edirəmsə alınmır”,- deyə o yazıb.

Ekspertlər deyirlər ki, ipoteka yolu ilə kirayə mənzillərdə aylıq ödəniş binanın yerləşdiyi ərazi və alınan mənzilin ölçülərindən asılıdır. İndi insanlar əsasən yeni tikilən binalarda 3 otaqlı mənzillərə üstünlük verirlər. Çünki, ailə nəzərdə tutur ki, 25 il sonra onların övladları böyüyəndə hərəsinə ən azı 1 otaq lazım gələcək. Xüsusən, 2013-cü ildən sonra tikilən mənzillərdə qiymət daha yüksəkdir. Ona görə ki, 2013-cü iildə tikinti qaydalarına edilən sərt müdaxilələrdən, tikinti standartlarına nəzarət gücləndirildikdən sonra tikilən binalar daha keyfiyyətli,daha rahatdır.İstənilən halda ipoteka ilə mənzil alanda orda aylıq kirayə qiymətləri bazar qiymətlərindən 1,5-2 dəfə baha olur. Bu da mənzilin dəyərinin 25 ilə ödənilməsi və üstəgəl 4 faiz bank xərcləri ilə əlaqəlidir.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə bizimyol.info-ya bildirib ki, bu günə kimi 33 minə yaxın ailə ipoteka yolu ilə mənzil alıb.

Yeganə Laçınzadə Yeganə Laçınzadə

Vətəndaşlarından tələbatından asılı olaraq ilə 2500-3000 və çox mənzil ipoteka yolu ilə verilə bilər.

Vətəndaşların “qiymətlər ucuzlaşacaqmı və ya aylıq ödənişlər daha aşağı qiymətlərlə verilə bilərmi?” sualına cavab olaraq ekspert bildirib ki, bu barədə hələlik heç bir məlumat yoxdur. “Qiymətlərin ucuzlaşdırılması və güzəştlər barədə danışarkən demək lazımdır ki, bu mənzillərin satışından fondun hər hansı gəliri nəzərədə tutulmayıb.Biz onsuz da güzəştlər əsasında mənzillər təklif edirik. Fond bazar qiymətləri ilə tənzimlənir. Binanı bazardan alır. Yəni ucuzlaşmadan hələlik söhbət getmir.

Bir müddət öncə Fond açıqlama verdi ki, şərtlər sadələşdirilib. Heç də elə deyil. Bu mexanizm hansı ölkənin praktikası ilə uyğunlaşdırılır? İlkin ödəniş olaraq 12 aylığın kirayə ödənişi nəzərdə tutulub. Kirayə ödənişi etmək üçün ortalama 6 ay kifayət edir. Başqa bir nüans 3 ildən sonra ediləcək güzəştlərlə bağlıdır. 3 ilə qədər mütləq şəkildə kirayə qalmalısan, yalnız üç ildən sonra alqı-sata bilərsən. 3 il sonra hansı güzəşt ediləcək,bu barədə məlumat yoxdur. Ailə üzvünün həbsi ilə bağlı məsələ də qəribə səslənir. İnsan ev sahibi olmaq istəyir, dövlət işinə düzəlmir. Ailəsində nə zamansa səhv etmiş bir fərdə görə başqalarının şanslarını itirməsi absurddur.Bu qədər ağır şərtlr altında ev almaq orta statistik ailənin belini qırmaq kimi bir şeydir. Deyirlər ayağını yorğanına görə uzat. Yorğan isə qısalıb qalıb bir qarış. Altında isinmək üçün vətəndaş məcburdur müxtəlif üsullar, yöntəmlər tapsın.Sonra da deyirlər qayda qanunlara əməl edilmədi. Qaydaları elə qoymaq lazımdır ki, o öldürməyə yox, yaşatmağa imkan versin. Mənzil almağın bu qədər ağır şərtləri vətəndaşı məcbur edir ki, o sənədsiz ev tiksin.Sənədsiz evlər də öz növbəsində arxasınca silsilə problemlər gətirsin. Həm dövlətə, həm vətəndaşa.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »