Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK sədri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb
DGK görüş
Aprelin 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə səfir Erkan Özoralı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfər Mehdiyev Azərbaycanla Türkiyə arasında tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək bildirib ki, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasət bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynayıb.

Komitə sədri iki ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsində səfir Erkan Özoralın fəaliyyətini yüksək qiymətləndirib və ona təşəkkürünü bildirib.

Səfir Erkan Özoral Azərbaycan-Türkiyə əməkdaşlığının sadəcə iki ölkənin xalqlarının deyil, eyni zamanda, region ölkələrinin rifahının yüksəldilməsində, sülhün bərpasında mühüm rol oynadığını və digər dövlətlərə nümunə olduğunu diqqətə çatdırıb, gələcəkdə də ikitərəfli əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Bizimyol.info

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »