Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verib: "Diz çökəcək qarşıda"
XİN Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verib: "Diz çökəcək qarşıda"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.

Bizimyol.info xəbər verir ki, Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda", - Azərbaycan XİN-dən bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »