Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqının XİN başçıları Gürcüstanla bağlı müzakirə aparacaqlar
Avropa İttifaqı

Aprelin 19-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi formatda videokonfransı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Onlayn tədbir çərçivəsində Gürcüstanda son hadisələr ətrafında da müzakirələr aparılacaq.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell XİN başçılarını cari məsələlər, son proseslər və planlaşdırılan tədbirlər barədə məlumatlandıracaq. Toplantı Gürcüstanla yanaşı, Hindistan, Myanma, Mozambikdəki vəziyyət, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara da həsr olunacaq.

Nazirlər həmçinin videokonfrans formatında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə da danışıqlar aparacaqlar.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »