Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”

Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb. Audit 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr tarixinədək keçirilib.

Məlum olub ki, Bakıda bağçalarda uşaqlarğa geyim, kakao və s. alınması adıyla 2 milyon manata qədər vəsait qanunsuz xərclənib.

“Hər bir dövlət bağçasında uşaqlar qida və geyimlə təmin olunmalıdır. Amma təssüflər olsun ki, bağçalarda vəziyyət çox acınacaqlıdır. Məsələn, bağçalarda çörək birinci növ buğda unundan hazırlanmalıdır, amma ikinci növ buğda unu alıb istifadə edirlər, kakao verilməldir, amma uşaqlar heç kakaonun dadını bilmirlər”.

Bu fikirləri təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, pandemiya dövründə bağçalar işləməyib, amma onlardan soruşan olmayıb ki, “siz ayrılan vəsaiti hara xərcləmisiniz?”.

Elçin Əfəndi Elçin Əfəndi

“Bunların səbəbi ondadır ki, bütün bağçalar yerli İcra Hakimiyyətlərinin tabeçiliyinə verilib. Təhsil Nazirliyinin tabeçiliyində olmadığı üçün nazirliyin daxili auditi, digər nəzarət komissiyaları gedib maraqlana bilmir.

Bu yeyintilərin birbaşa günahkarı icra başçılarıdır. Çünki tabeçiliyində olan qurumları yoxlamırlar. Məsələn, Bakı şəhərında icra hakimiyyətinə tabe olan bu bağçalar üçün dövlət büdcəsindən 1 milyon manat pul ayrılır ki, geyim,ərzaq məhsulları, dərsliklər, lazımi ləvazimatlar və istiliklə təmin olunsun. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq ötən ilin avqust ayından bağçalar fəaliyyət göstərmirdi. 7-8 ay bu bağçalar fəaliyyət göstərməyibsə, həmin ayrılan pulları kim və necə yeyib? İcra hakimiyyətləri tərəfindən bunların hamısının hesabatı aparılmalı idi. Amma aparılmayıb. Çünki bu pulları yeyən elə icra başçısının öz adamlarıdır. Hər bir bağçanın diroktoru, onun köməkçisi yerli icra başçısı tərəfindən təyin olunur”.

Ekspertin sözlərinə görə, icra başçıları öz gəlinini, oğlunu, qardaşı qızını və s. qohumlarını bağçalara direktor kimi təyin edir və əlbir olub yeyinti aparırlar.

“Həmin bağçalarda oxuyan fidan balalar heç onların vecinə də deyil. Bağçaların menyusundakı ərzaqlar Qida Təhlükəsizlik Agentliyi tərəfindən tərtib olunur. Həmin qidaları bizim övladlarımız bağçada yesəydi əgər təfəkkürdə Enşteyni də ötüb keçərdilər. Amma uşaqlara bu qidalar verilmir. Bir dilim qara çörəyin üstünə qaymaq çəkib verirlər ki, budu sənə düşən qida. Halbuki uşaq orada qaldığı müddətdə ona əla növ buğda unundan hazırlanmış çörək, kakao, banan, alma və s meyvələr verilməldir, amma biz bunları görmürük.

Təsəvvür edin ki, bağçalarda uşaqlara vahid geyim forması verilməlidir. Sorğu keçirsək görərik ki, hətta valideynlər bundan xəbərsizdirlər.

Pandemiya dönəmində bağçalarla bağlı nə qədər münaqişə yarandı. Bir müddət əvvəl Təhsil naziri çıxıb dedi ki, bağçalar bağlanmır. Səhəri gün valideynlər uşaqlarını apardıqda isə məlum oldu ki, bağçalar işləmir. Çünki İcra hakimiyyətlərinin kefi belə istəmişdi. Bağçalar Təhsil Nazirliyinin tabeçiliynə verilməldir ki, bu cür problemlər aradan qaldırılsın”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »