Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb - Video
Həbs

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb. Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub. Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər. Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər. Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yarasızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
Son xəbərlər
Bütün xəbərlər »