Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğalçıların xarabalığa çevirdiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
İşğalçıların xarabalığa çevirdiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar

30 ildir işğal altında olan Ağdama Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən tur təşkil olunub. Ağdamı görmək eşqi ilə yola düşən media nümayəndələrinin qarşılaşdıqları mənzərə onları çox sarsıdıb. Erməni vandalları digər rayonlarımızda olduğu kimi burada da daşı-daş üstə qoymayıblar. Ağdam rayonundan əsər-əlamət qalmayıb.

Bizimyol.info xəbər verir ki, tur zamanı ANAMA-nın Ağdam regional üzrə əməliyyat meneceri Ehtiram Cəfərov jurnalistlərə minalanmış ərazilərlə bağlı məlumatlar verib. O bildirib ki, bu ərazilər potensial olaraq mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazi hesab olunur. Mülki insanların bu ərazilərə girişi müvəqqəti olaraq qadağan olunub.

Ağdam Uşaq Xəstəxanasından qalan daş divar Ağdam Uşaq Xəstəxanasından qalan daş divar

Düşmən istehkamlarından qalanlar, Ağdam rayonu

5 mərtəbəli yaşayış binasından qalanlar, Ağdam rayonu 5 mərtəbəli yaşayış binasından qalanlar, Ağdam rayonu

ATQ 2 qrupunun əməliyat meneceri Ehtiram Cəfərov mina təmizlənməsi barədə məlumat verir:

Tank əleyhinə minanın partladılma görüntüsü:

Qeyd: Görüntülər Bizimyol.info saytına məxsusdur. İstifadə edərkən istinad tələb olunur.

O. MUSA

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »