Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasitət bildirib
Kreml ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasitət bildirib

Rusiya Vaşinqtonun tətbiq etdiyi sanksiyaları pisləyir və dövlət maraqlarını qorunması pirinsipi ilə buna buna layiqli cavab veriləcəyini bildirir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Rusiya diplomatlarına qarşı tətbiq edəcəyi sanksyalarla bağlı mətbuatda yer alan məlumata münasibət bildirərkən deyib.

"Hər hansı bir sanksiya tətbiqini qınayırıq, bunları qanunsuz hesab edirik. Hər halda, bu məsələdə qarşılıqlı əlaqə prinsipi etibarlıdır - qarşılıqlı münasibətlərlə maraqlarımızı ən yaxşı şəkildə təmin edə bilək", -deyə Kremlin sözçüsü bildirib.

Peskov Amerika KİV-lərinin Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla bağlı xəbərlərinin ehtimal olunan "məlumat sızdırılması" adlandırıb: "Atəş olmayan yerdə tüstünün olmadığı aydındır və çox güman ki, Amerika qəzetlərinə ötürülən xəbərlərdən bəhs edirik. Hələlik qəzet xəbərlərinə münasibət bildirməyəcəyik. Rəsmi Vaşinqtonun konkret qərarlarının açıqlanmasını gözləyəcəyik".

Peskov ABŞ-ın ehtimal olunan yeni sanksiyalarının Vladimir Putin və Joe Biden arasında planlaşdırılan görüşə mənfi təsir edəcəyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »