Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib
Putin və Lukaşenko Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında cümə axşamı telefon danışığı baş tutub. Tərəflər arasında ölkələrinin müttəfiqlik münasibətlərini gücləndirmək barədə dialoq olub.

Bizimyol.info xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya və Belarus prezidentləri telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunu da müzakirə ediblər.

"Tərəflər arasında gündəmin vacib məsələləri müzakirə edildi. Rusiya-Belarus münasibətlərinin daha da genişləndirilməsi üçün qarşılıqlı qərar qəbul edildi",- deyə məlumatda bildirilir.

Bundan əlavə, Kremlin mətbuat xidməti qeyd edib ki, Lukaşenkonun 13-14 aprel tarixlərində Azərbaycana səfəri kontekstində "Dağlıq Qarabağ nizamlanması" mövzusuna toxunan prezidentlər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinin vacib olduğunu bildiriblər.

Belarus liderinin mətbuat xidməti də öz növbəsində dövlət başçıları arasındakı söhbətin Belarus-Rusiya münasibətlərinin inkişaf etdirilməsindən getdiyini bildirib. "Prezidentlər beynəlxalq gündəmə dair fikir mübadiləsi apardılar, qarşıdakı görüşlərin cədvəlini müzakirə etdilər", - deyə açıqlamada bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »