Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş arvadını öldürmək istəyənin işi məhkəməyə göndərilib
Keçmiş arvadını öldürmək istəyənin işi məhkəməyə göndərilib

Gədəbəy rayonunda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bizimyol.info xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğundan verilən məlumata görə, 25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »