Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN başçısı: “Ermənistan nə özünə, nə də tarixinə güvənir”
Türkiyə XİN başçısı: “Ermənistan nə özünə, nə də tarixinə güvənir”

“Qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistana ortaq komissiya yaratmaq barədə təklif vermişdik. Ermənistan nə özünə, nə də tarixinə güvənir, əksinə propaqandaya üstünlük verir”.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

ABŞ-ın yeni administrasiyası tərəfindən 24 aprel-qondarma “erməni soyqırımı”na hansı reaksiyanın olacağına dair suala cavabında XİN başçısı qeyd edib ki, ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar: “ABŞ kimi bir ölkə başqa ölkələrə bir çox xatırlatmalar edir. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal - tutaq ki qəbul etdi. Bir siyasətçinin belə bir ifadə işlətdiyi üçün vəziyyət dəyişmir. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”.

Son xəbərlər
Bütün xəbərlər »