Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı halda sərt karantin ola bilər...
Hansı halda sərt karantin ola bilər...

Dünənə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.

Yoluxma sayının artması ilə “hökumət yeidən sərt karantinə gedəcəkmi, Operativ Qərargahın növbəti brifinqi nə zaman olacaq? sualı tez- tez təkrarlanır.

Milli Məclisin üzvü Soltan Məmmədov bizimyol.info-ya bildirib ki, iş yerlərinin bağlanmaması ən çox hökumətin xeyrinədir. Buna görə də, dövlət mümkün qədər qapanmaya getməməyə çalışır.

Soltan Məmmədov Soltan Məmmədov

“Dünyada koronavirusun yayıldığı ölkələr içərsində ən az sərt qadağaları biz tətbiq edirik.İnsanlarımızın sağlamlığı prioritetimizdir. Hesab edirəm ki, vaksinasiya davam etdikcə və vaksin vurulanların sayı artıqca sərt qapanmalara gərək qalmaz. Toylar barədə danışmaq hələ tezdir. İnsanların bir araya toplanması yəqin ki, virusun yayılmasını, yoluxma sayını kəskin artıracaq. Peyvənd proqramını bu sürətlə davam etdirsək, qısa müddətdə virusun dövriyyəsinin qarşısı alınacaq. Yoluxanların sayı artdığı kimi, sağalanların da sayı çoxdur. Bu o deməkdir ki, biz artıq müəyyən təcrübə qazanmışıq, stabilləşməyə nail olmuşuq”,- deyə deputat bildirib.

“Hansı dərəcədə yoluxma olmalıdır ki, sərt qapanma başlasın?” sualına cavab verən millət vəkili qeyd edib ki, yoluxanların hamısı qeydiyyata alınmayıb. Ona görə real yoluxma sayı düşündüyümüzdən çoxdur.

“Dəqiq rəqəm demək çətindir. Gündəlik təxminən 15 min test aparılır. Reallılda yoluxan sayı qat- qat çoxdur. Qırmızı xətt budur ki, reanimasiyalarda çarpayı doluluq səviyyəsi 60-70 faiz olarsa bu sərt karantin qaydalarının tətbiqi zərurətini yaradır. Beynəlxalq təcrübədə belədir. Bu günkü imkanlar hələlik xəstələrə qulluq və nəzarət imkanı verir. Çətinlik yaranarsa, xəstəxanalar dolarsa, müəyyən bağlanma, sərt karantin və qapanma ola bilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »