Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Akademiyasında Respublika Gününə həsr olunmuş tədbir keçirilib
Gömrük Akademiyası - logo

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Giriş sözü ilə tədbiri açan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 28 May - Respublika gününün fərqli bir dəyər daşıyan əlamətdar tarixi gün olduğunu bildirib. Azərbaycan xalqının öz dövlətini yaratmaq nəsib olmuş xalqlardan biri olduğunu deyən Qulu Novruzov 103 il öncə müstəqil dövlətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılmasından danışıb, bu hadisənin çox böyük tarixi əhəmiyyətini vurğulayıb. Akademiya rəisi Azərbaycanın dövlətçilik tarixinin keşməkeşli yolundan, azadlıq, müstəqillik uğrunda aparılan mübarizədən danışaraq, cümhuriyyətin XX əsrin 90-cı illərində yenidən bərpa olunduğunu deyib. Müasir Azərbaycan dövləti yenidən müstəqilliyə qovuşduqdan sonrakı dövrdə Azərbaycanı ictimai-siyasi burulğanlar içərisində öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilas etdiyini qeyd edib. O, məhz həmin dövrdən sonra Azərbaycan dövlətçiliyinin formalaşması, dövlətin siyasi kursunun müəyyənləşdirildiyini diqqətə çatdırıb. Əsrlər boyu Ermənistanın Azərbaycana qarşı apardığı ərazi iddiaları və hərbi təcavüzü haqqında söz açan Akademiya rəisi Qarabağ münaqişəsinin tarixi aspektlərinə toxunub. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun gücü ilə tarixi zəfər əldə edildiyini deyib. Müstəqilliyin qorunub saxlanmasının daha böyük missiya olduğunu deyən Qulu Novruzov 44 günlük Vətən müharibəsndə bütövlükdə Azərbaycan xalqının sıx birləşərək qələbəyə nail olduğunu və bu sevinci yaşadığını deyib. Akademiya rəisi Azərbaycan gəncliyinin bu prosesdə iştirakını xüsusi vurğulayıb. O, Respublika gününün bu il daha fərqli əhval-ruhiyyədə keçirildiyini deyərək bütün tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.

BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu 28 mayın tarixmizin ən böyük bir hadisəsi olduğunu deyərək bu günün çox böyük əhəmiyyət daşıdığını bildirib. O, bu il Respublika gününün qalib əhval-ruhiyyədə qeyd edildiyini vurğulayıb. Cümhuriyyətin tarixinə nəzər salan Nəsiman Yaqublu ilk dəfə 28 may 1918-ci ildə Azərbaycanda hüquqi əsaslarla, demokratik prinsiplərə əsaslanan dövlətin qurulduğunu diqqətə çatdırıb. Cümhuriyyətin ilk rəsmi sənədinin “İstiqlal bəyannaməsi” olduğunu deyən araşdırmaçı alim bu günün Azərbaycan tarixində istiqlal günü kimi adlandırıldığını deyib. O, cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuryyətinin qısa müddətdə böyük uğurlar və qalibiyyətlər əldə etdiyini deyib, həmin dövrdə qəbul olunmuş sənədlərdən söz açıb. Bütün Şərqdə ilk dəfə olaraq parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılması, Azərbaycanda qadınlara səs hüququ verilməsi, o cümlədən milli ordu, milli pul, milli bank, demokratıya, azad seçkilər, beynəlxalq əlaqələr sahəsində ciddi işlərin görüldüyünü diqqətə çatdırıb. Nəsiman Yaqublu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın istiqlalının tanınmasının təmin edildiyini bildirib. Cümhuriyyətin qurucularının fəaliyyətindən söz açaraq, onların hər birinin zəngin və maraqlı həyat yolunun olduğunu bildirib. O, Vətən müharibəsində xalqımızın qalibiyyət ruhunun oyandığını, işğal altında olan torpaqların azadlığı uğrunda 44 günlük müharibə nəticəsində əldə edilən şanlı qələbədə irsi ənənələrin olduğunu deyib.

Tədbirdə 28 May - Respublika Gününə həsr edilmiş video çarx nümayiş olunub. Akademiyanın tələbələri Respublika gününə həsr olunmuş ədəbi-musiqili kompozisiya təqdim ediblər, həmçinin tələbələrin ifasında şeirlər, o cümlədən xor qrupunun ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »