Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT sədri və Lavrov Ukrayna məsələsini müzakirə etdi
Sergey Lavrov

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde və Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərqindəki vəziyyəti telefonla müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Kiyevin təmas xəttinə əsgər və silah yerləşdirməsi, Ukrayna Silahlı Qüvvələrinin Donetslə Luqansk ətrafındakı yaşayış yerlərinə hücum təşkil etməsi gərginliyə və narahatlığa səbəb olur.

Rusiya bu məsələnin Minsk sazişləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. Tərəflər bu sazişə əməl etməlidirlər”, açıqlamada deyilir.

Açıqlamada A.Lindenin “Ukraynanın öhdəliklərini yerinə yetirməsi” istiqamətində lazım olan təşəbbüsləri göstərəcəyini söylədiyi bildirilib.

ATƏT-in Donbas xəttinin hər iki tərəfində də vəziyyəti tərəfsiz şəkildə müşahidə etmək istiqamətində addımlar atmasının zəruriliyi ifadə edilib.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »