Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"
Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

“Ukraynanın Azərbaycana da fayda verə biləcəyimiz bir sıra sahələri var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdamda jurnalistlərə bildirib.

“Bildiyiniz kimi Ukrayna ən böyük taxıl istehsalçılarındandır və bu da Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün faydalı ola bilər. Həmçinin mühüm istehsalçısı olduğumuz metal da bu məsələdə kara gələ bilər. Nəhayət, Ukraynada əczaçılıq sənayesi də yüksək səviyyədə inkişaf edib ki, bu sahədə də təcrübəmizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq. Azərbaycanın insulin istehsalı ilə bağlı bəzi variantları araşdırdığını bilir və bu məsələdə də təcrübəmizi bölüşməyə hazırıq”, - O.Reznikov qeyd edib.

Qonaq Azərbaycanın müstəqillik illərində xeyli inkişaf etdiyini də dilə gətirib: “Uzun illər bundan əvvəl Azərbaycana gələndə Bakı şəhəri tikinti meydançasına çevrilmişdi. İndi də rəsmi şəxs qismində bura gələndə burada nə qədər böyük dəyişikliklər olduğunu, işlərin qayğı və məhəbbətlə görüldüyünü əyani görürəm. Amma Ağdamdakı blokpostdan keçəndə dəhşətli mənzərənin şahidi oldum. İşimdə belə bir sual yarandı – niyə? Niyə bunları dağıdıblar? Və qətiyyən şübhə etmirəm ki, tezliklə tamamilə yeni bir Ağdam olacaq. Gördüklərim mənə bu ümidi verir”.

Son xəbərlər
Bütün xəbərlər »