Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM: Qəbul imtahanlarına İkinci Qarabağ müharibəsi ilə bağlı suallar salınacaq
DİM: Qəbul imtahanlarına İkinci Qarabağ müharibəsi ilə bağlı suallar salınacaq

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edərək qəbul imtahanlarına İkinci Qarabağ müharibəsi ilə bağlı suallar salınacağını bildirib.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində hazırlanmış məqaləni yerləşdirib.

Məqalə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »