Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
Rabitə Nazirliyi

Nə qədər müasir dövrə gəlib çıxsaq da, hələ də rayonda yaşayan Azərbaycan vətandaşları yerli radio dalğalarını dinləməkdə çətinlik çəkir. Cənub zonası olan Masallı, Cəlilabad, Salyan və s. rayonlarda bizim FM dalğalarda Azərbaycan deyil İran radioları yer alır. Yerli vətəndaşların dəqiq, qərəzsiz məlumata ehtiyacı olan dövrdə necə ola bilər ki, öz ölkənin ərazisində, öz radiolarını dinləyə bilməyəsən? Nəticədə həmin ərazilərdə İran radioları efiri doldurur.

Bu, nə ilə bağlıdır? Niyə bizim dalğalar İran sərhəddinə yaxınlaşanda sıradan çıxır? Buna hansı qurumlar məsuliyyət daşıyır?

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu birbaşa olaraq ölkənin efir məkanının qorunması ilə bağlı məsələdir.

Qulu Məhərrəmli Qulu Məhərrəmli

“Vaxtı ilə İranın “Səhər” kanalı var idi və o, Azərbaycanın efir məkanına güclü təzyiq edə bilirdi. Onun qarşısını almaq üçün müəyyən tədbirlər görülürdü. Yəni bu birbaşa olaraq bizim informasiya, tele və radio məkanımıza müdaxilədir. Əlbəttə ki, informasiya təhlükəsizliyi baxımından bunun qarşısı alınmalıdır. Məsələn, bizim qonşu ölkələr öz efir məkanını qoruyur. Azərbaycanla İran arasında təxminən 20-yə yaxın yerdə xüsusi qurğular qoyulub ki, Azərbaycandan gedən səs dalğalarını zərərsizləşdirsin.

Bununla bağlı ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi  var. Ölkəmizdə ən çevik və işlək qurumlardan biridir.  Yəni işlərinin öhdəsindən gəlməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycanın efir məkanının, eləcə də bizim televiziya və radio verilişlərinin ölkə ərazisində maneəsiz yayımlanması bütövlükdə nazirliyin işidir. Çünki dövlət bunun üçün büdcədən xeyli vəsait xərcləyir. Hesab edin ki, müəyyən məlumatların ölkənin hər yerinə çatmasının təmin olunması alınmadıqda həmin o xərclər havaya gedir”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Yevlaxı keçdikdən sonra radioların bir çoxunun ya kanalı dəyişir, ya da eşitmə maneələri həddindən artıq çoxalır.

“Analoq dalğadan sonra efirə gələn FM dalğası dünyada çətin radio verilişlərinin keyfiyyətlə dinlənməsini təmin edir. Ona görə də bu çox ciddi məsələdir. Xüsusən də indiki şəraitdə əhalinin dəqiq, dürüst bir məlumata ehtiyacı olduğu vaxtda radio dalğalarının təmizlənməsi, xışıltıların,  maneələrin götürülməsi, kənar dalğaların bizim efir məkanına girməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir.

Şuşadakı televiziya mərkəzi artıq Azərbaycanın öz ixtiyarındadır və o, buna ciddi şəkildə kömək olacaq. Digər bizim məntəqələrimiz var ki, oradan radio dalğaları, elektromaqnit dalğalar maneəsiz yayıla bilir və o efir verilişlərin yayılmasını rahatlaşdırır. Müəyyən tədbirlər görülməlidir və düşünürəm ki, indi bunun tam vaxtıdır”.

Leyla Mirzə

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »