Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
“Olmpyus Park” şirkəti yaşayış evlərini sökür

“Ermənilərin Qarabağda törətdiklərini Bakıda özümüzünkülər mənim başıma gətirdi. Onlar oradakı əmlakları yerlə-yeksan eləyiblər, bunlar da mənim sənədli-sübutlu mülkiyyətimi”.

Bakı sakini Mansur Ələkbərov məhkəməyə iddia ərizəsində belə yazıb.

Bizimyol.info xəbər verir ki, mediada yayılmış məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 53 ünvanında yerləşən 95 kvadrat metrlik mənzilin sahibi M.Ələkbərovun əlində mülkiyyət hüququnu təsdiqləyən çıxarış olmasına baxmayaraq, mənzili məhkəmə qərarı olmadan sökülüb.

Şikayətçinin sözlərinə görə, mənzili sökülərkən içində əşyaları da qalıb. Bu səbəbdən də o daşınan əmlakından da məhrum olub.

Məhkəməyə müraciət edən Mansur Ələkbərov evinin bərpasını, əşyalarla əlaqədar maddi ziyana görə 27 min manat, mənəvi ziyana görə isə 150 min manat təzminat ödənilməsini

tələb edir.

Mənzil sahibi bildirib ki, mənzilinin yerində tikintini “Olympus Park” və “Marin Group” MMC həyata keçirir.

Mansur Ələkbərov özünü şirkətin rəhbərliyi kimi təqdim edən şəxslərlə Nəsimi bazarı deyilən ərazidə – “Marin Group”un ofisində görüşüb. Şirkətin rəhbərliyi isə onu dinləmək əvəzinə təhqir edərək qovub.

Sosial şəbəkələrdə qeyd edilir ki, “Marin Group” şirkətinin şərikləri olan Orxan Əliyev (kikboks federasiyasının prezidenti) və Məhəmməd və Murad Rzayev qardaşlarıdır. Yazılanlara inansaq, bu iş adamları “Ağ şəhər” layihsində “Kat Park” layihəsi adı altında onlarla şəxsin vəsaitini mənimsəyib, tikintini başlamayıblar.

İddialarla bağlı bizimyol.info şirkətin satış ofisi ilə əlaqə saxlayıb. Ordan bildirilib ki, ofisin hər hansı nömrəsini verməyə onların icazəsi yoxdur. Məsələyə aydınlıq gətirmək üçün, “Olmpyus Park”-ın baş ofisinə yaxınlaşmaq lazımdır.

Ofisə yaxınlaşdığımız zaman qapıda olan növbətçi polis müarciətimizlə bağlı bizi məsul şəxslə əlaqələndirməyə çalışsa da, bacarmadı.

Daha sonra qapıda nəzarətçi qismind oturan başqa şəxs bizi ofisdən uzaqlaşdırmaq üçün məsul şəxsin hazırda ofisdə olmadığını bildirdi və tamamilə başqa bir telefon nömrəsi verərərk, mövzudan yayındırmağa çalışdı.

Görünən odur ki, şirkət haqqında sosial şəbəklərdə yer almış məlumatlar həqiqəti əks etdirir. Əks halda jurnalisti ofisə qədər yönləndirib, sonradan açıqlama verməkdən boyun qaçırmağa nə ad vermək olar ki?

Düşünürük, hüquq-mühafizə orqanları tezliklə şirkət haqqında olan iddiaları araşdıracaq. Təbii, əgər qanunsuzluqlara şərik deyillərsə...

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »