Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ, Rusiya və Fransa Ermənistanı Dağlıq Qarabağ statusundan imtina etməyə çağırdı"
Nikol Paşinyan

“2016-cı il aprel müharibəsindən bir müddət əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistandan Dağlıq Qarabağa aralıq status verilməsi iddiasından imtina edilməsini tələb ediblər”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Hökumət başçısı danışıqlar prosesinin mərhələlərini sadalayaraq bildirib ki, Azərbaycan Qarabağın statusu ilə bağlı mövqeyini tədricən sərtləşdirib. Üstəlik, 2014-2015-ci ildən başlayaraq rəsmi Bakının bu mövqeyi həmsədrlər tərəfindən dəstəklənirdi.

“Vasitəçilərin Ermənistan tərəfinə Dağlıq Qarabağın müvəqqəti statusu tələbindən imtina təklifindən sonra 2016-cı ildə aprel müharibəsi başladı. Mən açıq şəkildə bildirmək istəyirəm - 2016-cı ilin aprelindən iki ay əvvəl vasitəçilər Ermənistan tərəfinə Qarabağın aralıq statusu ilə bağlı istəyindən imtina etmək təklifini irəli sürüblər”.

Paşinyan vurğulayıb ki, erməni tərəfi Dağlıq Qarabağa aralıq status vermək istəyindən imtina edib. O, danışıqlar prosesində Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinə dair razılaşmaların əldə olunması ilə bağlı məlumatları səhv adlandırıb.

“Sənədlər paketində referendumla bağlı yalnız bir bənd var idi, lakin referendumun şərtləri və əhatəsi müzakirə edilməmişdi. Rəsmi Bakı isə tələb edirdi ki, Qarabağda referendum yalınız Azərbaycanın ərazisi daxilində keçirilə bilər”.(virtualaz.org)

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »