Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Elçin Quliyev

Dünən Göytəpə Sərhəd Dəstəsinin təhqiqat bölməsinin təhqiqatçısı Tural Azadəliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə açıq məktub yazaraq onunla görüşmək istədiyini bildirib.

Tural Azadəliyev karyerasının qəsdən məhv edildiyini, hərbi biletinə haqsız yerə xidmətə uyğunsuzluq maddəsinin vurulduğunu yazaraq öz haqqını qorumaq istədiyini bəyan edib. Onurğasında problem olduğuna görə bülletendə olarkən işdən çıxarıldığını iddia edən Tural Azadəliyevin istəyi Elçin Quliyevlə görüşmək və hərbi biletinə xidmətə uyğunsuzluq maddəsinin vurulmamasıdır. Tural Azadəliyevin dediyinə görə, bununla bağlı generala açıq məktub yazdıqdan sonra ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəlib, açıq məktubunda Sərhəd Xidmətinin kadrlar üzrə müavin general-mayor Ayaz Hüseynovu təhqir  etdiyi əsas gətirilərək bölməyə çağırılıb. Tural Azadəliyevin anası, I qrup əlil Natella Azadəliyeva bu vəziyyətdən çox narahat olduğuna görə ölkə Prezidenti İlham Əliyevə açıq məktub yazıb. Məktubda deyilir:

Tural Azadəliyev Tural Azadəliyev

“Cənab Prezident! Mən Azadəliyeva Natella Ağamirzə qızı bildirmək istəyirəm ki, dünən oğlum mətbuat vasitəsilə Elçin Quliyevə açıq məktub göndərmişdi. Şikayət general Ayaz Hüseynovun bizə verdiyi sərt cavab ilə bağlıdır. O, həyat yoldaşım Fədai Azadəliyevə və mənə bildirmişdi ki, “mən naxçıvanlıyam, mənə heç nə edə bilməzlər”. Bu gün oğlum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən şöbəyə çağrılıb və ona  bildirilib ki, oğlum  generalı təhqir edib. Cənab Prezident, mən oğlumun  gələcəyi üçün narahatam. O ali təhsilli hüquqşünasdır. Biz sadəcə, öz hüququmuzu qoruyuruq.

Cənab Prezident, xahiş edirəm bu işi nəzarətinizə götürün”.

Ümid edirik, Tural Azadəliyevin müraciətlərinə qanun çərçivəsində baxılacaq. Şikayətlə bağlı qarşı tərəflə əlaqə saxlamaq istəsək də, cəhdimiz boşa çıxdı. Məsələ ilə bağlı Kadrlar şöbəsinin kapitanı Məmmədov Azadəliyevin işdən çıxarıldığını təsdiqləyib, lakin əlavə məlumat verə bilməyəcəyini deyib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı. DSX və General Ayaz Hüseynovun möqeyini işıqlandırmağa hazırıq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirdi ki, gün içərisində nazirliyə yüzlərlə şikayət daxil olur və hamısı barəsində məlumatlı olmaq imkansızdır. O məsələnin hüquq çərçivəsində həllini tapacağına əminliyini ifadə etdi.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »