Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
AZAL

Səyahəti sevənlər AZAL-ı çox tənqid edir. Hava yolları şikrəti inhisarçılıqda ittiham olunur. Qiymətlər xeyli yüksəkdir. Hətta qonşu ölkələrə də dodaq uçuran qiymətlərlə uçmaq lazım gəlir. Amma AZAL bütün şikayətləri qulaqardına vurmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur. AZAL-ın xüsusi “xidmətləri” sayəsində qardaş ölkəyə uçmaq üçün bir islandın ödəyəcəyindən daha çox məbləğ verməli oluruq.

Sosial şəbəkədə səyahətsevərlər qruplarından birində məsələ geniş müzakirəyə səbəb olub. Çünki aprel ərzində Türkiyəyə ikitərəfli aviabiletlərin minimal qiymətlərinin göstərildiyi cədvəldə biz yalnız 47-ci yeri tuturuq. Halbuki Türkiyəyə Azərbaycandan yaxın ölkə yoxdur. O dərəcədə yaxınıq ki, hətta yeni nəsil şəxsiyyət vəsiqələri ilə gedib-gəlmək mümkündür. Amma yaxınlıqdan xəbər tutmayan istənilən əcnəbi qiymətlərə göz gəzdirəndə Türkiyə ilə Azərbaycanı okeanın ayırdığını düşünə bilər.

Cədvələ nəzər salırıq. Apreldə Türkiyə ilə ikitərəfli bileti 230 avrodan ucuz almaq mümkün deyil. Məsələn, belə bilet İslandiya vətəndaşına 211 avroya başa gəlir. Finlandiya insanı daha az – 199 avro ödəməklə Türkiyəyə gəlib, vətəninə qayıda bilər. Norveçli, isveçli üçün qiymətlər daha ucuzdur. Halbuki şimali avropalılar cədvəlin liderləri sırasında yer almır.

Siyahıya Ukrayna başçılıq edir. Cəmi 30 avroya Kiyev-İstanbul-Kiyev reysinə bilet əldə etmək olur. İtaliya və Gürcüstan vətəndaşları bir az çox – 45 avro ödəməlidir.

Gürcülərin bileti daha ucuz əldə etməsi azərbaycanlıları həmişə hiddətləndirir. Çünki qonşu ölkələrik. Niyə biz Türkiyəyə dəfələrlə baha uçmalıyıq? Tiflisdən İstanbula hava yolu 1352, Bakıdan isə 1754 kilometrdir. Göydə nə baş verir ki, AZAL 5 dəfə baha bilet təklif edir? Fərq böyük deyil axı...

Bu qədər tənqidə necə biganə qalmaq olar? Sosial şəbəkələrdə AZAL-ı əməlli-başlı ələ salırlar. Şəbəkə istifadəçiləri yazır ki, yəqin AZAL-ın pilotları Tiflislə aramızda fərq olan 403 kilometrlik yolu torpaqla sürür, yoxsa azacıq çox uçmağa görə belə böyük məbləğ tələb edilməzdi.

Əslində, Azərbaycandan Türkiyəyə heç 230 avroya gedib-gəlmək də mümkün deyil. Bilet satışını həyata keçirən saytlara göz atmaq olmur. Apreldə ucuz uçmaq üçün bir neçə ay əvvəldən sifariş vermək gərək olduğunu anlayırsan. Səyahətsevərlər müştərisinin məmnunluğunu vecinə almayan, cəmiyyətlə hesablaşmayan şirkətlə üz-üzə qalıb. Vəziyyət isə mütləq dəyişməlidir.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
Son xəbərlər
Bütün xəbərlər »