Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi

Ağdaşın Ovculu kənd sakini, II Qarabağ müharibəsi qazisi Şahmar Tanrıverdiyevin valideynləri oğullarına yardım edilməsi üçün müraciət ediblər.

Anasının dediyinə görə, Şahmar müharibədə ağır kantuziya alıb. Yanında mina partlaması nəticəsində burnundan, qulaqlarından qan açılıb. Bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra evə buraxılıb. Fiziki cəhətdən sağlam görünsə də, ruhi vəziyyəti normal deyil. Şahmar ətrafdakıları görməmək üçün öz gözlərini bağlayır, anidən şiddətli qəzəb hissi ilə özünü döyür, bağırmağa başlayır. Bu hal əlbəttə ki, onun yaxınlarını həddən artıq sarsıdıb. Ovculu kənd sakinlərinin dediyinə görə, Şahmar Tanrıverdiyev müharibəyə qədər özü başqalarının yardımına qoşub, I Qarabağ müharibəsi qazilərinə əlindən gələn köməyi edib. Hətta həyətindəki mal-qaranı, qoyun-quzunu da onlara kömək etmək üçün satıb. Uzun müddətdir edilən müraciətlərə baxmayaraq Şahmara dəstək gəlmirdi.

Dünən tanınmış məşqçi və xeyriyyəçi Kamil Zeynallı Şahmar Tanrıverdiyevin köməyinə gedib və onu Maştağada yerləşən 1 saylı Ruhi-əsəb Dispanserinə yerləşdirib. Qazimizə Allahdan şəfa diləyirik.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
Son xəbərlər
Bütün xəbərlər »