Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdə batan azyaşlının meyiti tapılıb
Kürdə batan azyaşlının meyiti tapılıb
Aprelin 9-da Kür çayında batan 5 yaşlı uşağın meyiti tapılıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Nəticədə 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti aprelin 14-də səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə daxil olan məlumatla bağlı axtarışlar başlanıb.

Aprelin 10-da Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər
Bütün xəbərlər »