Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putinlə yayda görüşə bilər
Bayden Putinlə yayda görüşə bilər

ABŞ və Rusiya prezidentləri - Cozef Bayden və Vladimir Putin arasında görüş bu yay baş tuta bilər.

“Report”un məlumatına görə, bunu Ağ evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı zamanı C.Bayden Rusiya ilə sabit əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib və iki ölkənin qarşısında duran bütün məsələlərin müzakirəsi üçün növbəti aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib.

Bu arada Avstriya xarici işlər nazirliyi ABŞ və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

Son xəbərlər
Bütün xəbərlər »