Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video

İkinci Qarabağ müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlu Maştağa psixiatriya xəstəxanasına yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, Ş. Tarverdiyev döyüşlərdə iştirak edən zaman yaxınlığında mərmi düşüb. Partlayışın gücündən gənc başından ağır zədə alıb.

Anasının sözlərinə görə, oğlu müharibədən qayıtdıqdan sonra daimi olaraq həkim müayinəsində olsa da, heç bir faydası olmayıb: “ Qışqıqır, özünü yerə çırpır, əgər yoldaşlarının adını sayıqlayır. Oğlumun psixikası tamamilə pozulub. Onun müalicəyə ehtiyacı var”.

Qazinin anası KİV-ə danışdıqdan sonra Kamil Zeynallı ailə ilə əlaqə saxlayıb. Onun yardımı ilə qazi xəstəxanaya yerləşdirilib.

K. Zeynallı qeyd edib ki, Şahmar Tarvediyev xəstəxanadan çıxdıqdan sonra müalicə davam etməlidir. Bunun üçün isə əllərindən gələni edəcəklər.

Ş. Tarverdiyev dövlət hesabına müalicə alacaq.

Son xəbərlər
Bütün xəbərlər »