Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video

Bakının Xəzər rayonu, Türkan qəsəbəsinin sakinləri – 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva sağ olduqları halda, onların illər öncə vəfat etməsi haqda saxta sənədlər hazırlanıb. Bu yolla da onlara məxsus torpaq sahələri zəbt edilərək satılıb.

Bizimyol.info xəbər verir ki, Türkan sakinlərinin torpaqlarının saxta sənədlərlə zəbt olunması haqda müxtəlif dövlət orqanlarına şikayətlərindən, baş verənləri media vasitəsilə ictimailəşdirməsindən sonra cinayət işi başlanıb. Hazırda bununla əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar gedir.

Baş verənlərə görə Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev və qəsəbə sakini Çingiz Səfərov həbs olunub. Daşqın Nəsirov barəsində isə axtarış elan edilib. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov ötən ilin dekabrında tutulub. Keçmiş icra nümayəndəsinə qarşı vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, digər iki nəfərə qarşı isə dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.

Daşğın Nəsirov bu yaxınlarda səhhətində problemlər olması əsas gətirilərək, ev dustaqlığına buraxılıb. Bu da zərərçəkmiş tərəfin etirazına səbəb olub.

Əzizəxanım Atayeva və Xumara Şabanova etiraz olaraq, aprelin 12-də aclıq aksiyasına başlayıb. Onlar torpaq sahələrinin geri qaytarılmasını, bir də qəsəbə sakini Natiq Məhəmmədsoyun həbsdən buraxılmasını tələb edirlər. Bildirirlər ki, Natiq Məhəmmədsoy dövlət orqanlarına şikayətlər ünvanlamaqda, vəkil tapmaqda onlara kömək etdiyinə görə şərlənərək həbs olunub.

Natiq Məhəmmədsoyun anası, 76 yaşlı Tamara Süleymanova da digər iki ahıl qadına qoşularaq, aclıq edir.

Aclıq edən ahıl qadınların səhhətində ciddi problemlər yaranıb, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, onlar bildiriblər ki, tələbləri yerinə yetirilənə qədər aclığı davam etdirməkdə israrlıdılar.

Son xəbərlər
Bütün xəbərlər »