Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN: Gənc kadrlara ehtiyacımız var
ETSN: Gənc kadrlara ehtiyacımız var

"Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var".

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivədində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O bildirib ki, ETSN-in hidrometeorologiya sahəsinin modernləşdirilməsinə, ən müasir texnologiyaların tətbiqinə ehtiyac var: "İstər atmosferdə baş verən dəyişiklikləri izləyən ən müasir dopler radarlarından istifadə, istərsə də yaxın gələcəkdə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması yeni biliklərə malik olan gənc mütəxəssislərin bizim sahəyə gəlməsinin vacibliyini artırır. Kadr potensialının artırılmasına yönələn işlərin görülməsi prioritet təşkil edir. Həm Türkiyə, həm də Avropa İttifaqı və BMT-in dəstəyi ilə müxtəlif layihələr çərçivəsində mütəmadi şəkildə təlimlər keçiriləcək. Rəqəmli modellərin tətbiqi hidrometeoroloqlarla bərabər fizika, riyaziyyat və İT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir".

"Ümüd edirik ki, gənclərin hidrometeorologiya sahəsinə yönəlməsini təmin edə biləcəyik", - U.Tağıyeva bildirib.

Son xəbərlər
Bütün xəbərlər »