Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan niyə Kremldən izahat tələb etmir: "Rusiya bizə rəsmi cavab verməyəcək"
Azərbaycan niyə Kremldən izahat tələb etmir: "Rusiya bizə rəsmi cavab verməyəcək"

Şuşada tapılan “İskəndər-M” raket qalıqları ətrafında qalmaqal davam edir. Rusiya hər zaman dünyaya hədə-qorxu gəldiyi silahı ilə “vuruldu”, gözdən düşdü. “İsgəndər” Operativ-Taktiki Raket” sistemləri Rusiyanın güc və nüvə imicinin ən vacib sütunları, həm də Ermənistan arsenalındakı ən güclü silahdır. Bu silahın gizli bazarlarda satılması, qaçırılması, partlamaması hər biri özlüyündə biabırçı faktdır. Rusiya bizi hədəf almışkən, özü hədəf oldu, ona görə də mövzunun unudulmasında maraqlıdır. Lakin Azərbaycan tərəfi israrla cavab gözləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən bir daha bu mövzuya toxundu.

Bəs cavab hansı şəkildə olacaq, nə qədər gözləmək lazımdır, bu sualların cavabı Rusiya ilə aramızda düşmənçilik ritorikası yaradacaqmı?  Məlum məsələdir ki, bu mövzuda söhbət itdən yox, itin sahibindən gedir.

Mövzunu bizimyol.info-ya şərh edən “Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib ki, gözləmə müddəti konkret vaxt müddəti ilə məhdudlaşdırılmır.

İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə

“Xarici İşlər Nazirliyinin notası olmalıdır, amma bizim xarici işlər naziri hələlik nə Ermənistana, nə Rusiyaya nota veməyib. Sadəcə, Prezidentin dilindən  “gözləyirik” ifadəsi səslənib. Bunun özü də əslində “biz bilirik, sizin etdiklərinizdən xəbərdarıq. Siz dinsəniz də, dinməsəniz də əlimizdə olan informasiya kimin Azərbaycana qarşı düşmən olduğunu göstərir” deməkdir. Ola bilsin ki, qonşuluq münasibətləri, Rusiyanın Azərbaycana qarşı davranışlarındakı dəyişikliklər, üzdə də olsa bir qədər  dost kimi görünmsi, eləcə də böyük dövlət olması müəyyən məhdudiyyətlər yaradır. Ukrayna, Moldova, Gürcüstan hələlik Rusiyanı durduracaq bir mübarizə üsulu tapa bilməyiblər. Ona görə, bizim mesajımız "hər şeyi bilirik" deməkdir. “İskəndər M”  Şuşa azad ediləndən sonra atılıb. 3 məsələ olduqca diqqəti cəlb edir və hələ tam işıqlandırılmayıb. Şuşa azad ediləndən sonra atılan raket, sülh sazişi imzalanmazdan az öncə Xırdalan səmasında vurulan raket və elə həmin gecə Naxçıvan hava məkanında guya Rusiyaya məxsus helikopterin bizim tərəfimizdən vurulması. Bu addımlar bizi təxribata çəkmək, Azərbaycanı qorxutmaq və durdurmaq  cəhdi idi  və heç biri bir- birindən ayrı təhlil edilməməlidir.

Bu raketlərin hardan necə atıldığı  saatıyla, dəqiqəsilə məlumdur. Diplomatiyada bəzi mətləblərin üstündən sükutla  keçilir və ya incə mesajlar  verilir. Azərbaycan diplomatiyanın etiket normalarına uyğun olaraq həm də Rusiyanın yanaşmalarını xarkaterizə edərək mesajı bu tərzdə verir”,- deyə siyasətçi qeyd edib.

Əgər rəsmi  açıqlama gələrsə, nələr baş verəcək? İqbal Ağazadə hesab edir ki, Rusiya rəsmi cavab verməyə tələsməyəcək.

“Verilən cavablar da Azərbaycan tərəfinin  incə mesajlarına uyğun yayındırıcı cavablar olacaq. Proses o zamana qədər davam edəcək ki, tərəflər açıq mübahisə müstəvisinə çıxsınlar. Hələlik nə Rusiya,  nə Azərbaycan diplomatiyası masa arxasında, nə KİV-də verilən mesajlarda o mövqeyi seçməyiblər. Belə görünür ki seçməyəcəklər də. Hələlik qazanlar örtülü qaynayır”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »